Milli Təhsil Muzeyinə ekskursiya

Məktəbin 6 "R" sinfinin şagirdləri sinif rəhbəri Leyla Mehdiyevanın rəhbərliyi ilə Azərbaycan Respublikasının Milli Təhsili Muzeyində ekskursiyada olmuşlar. Burada məktəbimizin şagirdlərinə muzeyin yaranmasının tarixi və burada nümayiş olunan eksponatlar haqqında ətraflı məlumat verilmişdir.Şagirdlərimiz müzeyin ilk dəfə 1932-ci ildə xeyriyyəçi, milyonçu Hacı Zeynalabdin Tağıyevin kommunistlər tərəfindən əlindən alınan şəxsi evində fəaliyyətə başladığını öyrəndilər.
Muzeyin birinci salonunda Azərbaycanda VIII əsrdən XX əsrin 20-ci illərinədək ibtidai məktəb və mədrəsələrdə dərs kitabı kimi istifadə olunmuş XVIII əsrə aid İslam dininin müqəddəs kitabı “Qurani-Kərim” saxlanılmaqdadır. Bundan əlavə, burada müxtəlif dövrlərdən qalma mürəkkəb qabları, “Qurani-Kərim”in saxlama qabı, “Qurani-Kərim”lər, M.T.Sidqinin 1894-cü ildə Naxçıvanda təşkil etdiyi məktəbdən xatirə qalmış qələmdan nümayiş etdirilir. 
Milli təhsilimiz haqqında xeyli yeni məlumatlar əldə edən şagirdlər muzeydən böyük təəsüratlarla ayrıldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi