"İncilər" məktəb xoru

Bir əsrlik tarixi olan 162 saylı məktəbin yaşatdığı çoxillik ənənələrdən biri də məktəbdə hər zaman xüsusi musiqi istedadı olan şagirdlərdən təşkil olunmuş xor kollektividir. Hələ sovet dövründə öz yaddaqalan ifaları ilə bütün SSRİ respublikalarında konsert proqramı ilə çıxış edən məktəb xorunun yolunu müasir dövrdə "İncilər" məktəb xoru davam etdirir. Xor kollektivinin repertuarı olduqca zəngindir. Beləki, bu gün məktəbin musiqi müəllimi Gülarə Müslümovanın rəhbərliyi ilə fəaliyyət göstərən kollektiv Vətən, qəhrəmanlıq, dostluq, sədaqət və s. haqda mahnıları sevə-sevə ifa edirlər. Kollektiv öz üzərində daim işləyərək, yeni-yeni mahnılarla repertuarını zənginləşdirir.