Azərbaycan Xalq Cümhuriyyəti

Məktəbimizin VI "B" sinif şagirdləri Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsi Səbail rayon mərkəzləşdirilmiş kitabxanasının 3 saylı filialında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar məktəbli oxucular arasında keçirilən "Müstəqilliyimizin tarixini öyrənək" adlı intellektual yarışda fəal iştirak edərək "Təşəkkürnamə" qazanmışlar. Yarışmada ilk dəfə iştirak edən 6-cılar yüksək intellekt və mədəniyyət nümayiş etdirərək, münsiflər heyətinin rəğbətini qazanmışlar.