2-ci siniflərdə valideyin iclası keçirildi

İbtidai siniflərdə 2-ci siniflər üzrə birinci yarımildə keçirilən KSQ, BSQ və monitorinqlərin müqyisəli təhlilinə, eləcə də "şişirdilmiş qiymətlər"in yazılmasına qarşı valideynlər arasında maarifləndirməyə həsr olunmuş valideyn iclası keçirildi. İclasda övladı məktəbin Azərbaycan və rus bölmələrinin 2-ci siniflərində təhsil alan 190 nəfər şagirdin böyük çoxluğunun valideynləri, sinif rəhbərləri və fənn müəllimləri iştirak etdilər. Qarşılıqlı anlaşma və düzgün istiqamətdə qurulmuş müəllim-şagird münasibətlərinə əsaslanan toplantıda məktəbin ibtidai siniflər üzrə direktor müavini Bəhruz Səlimxanov məruzə edərək, hər sinfin, hər müəllimin və hər şagiridin 1-ci yarımildəki göstəriciləri haqqında məlumat verərək, nəticələrin 2-ci yarımildə daha da yüksəldilməsi məqsədi ilə öz tövsiyyələrini verdi. Məruzəçi sinif rəhbərləri və valideynləri "şişirdilmiş qiymətlər"ə aludə olmamağa çağıraraq, valideynlərin son dövrlərdə məktəblə daha yaxın təmas qurmağa can atmalırını alqışladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi