" Alqoritmika " layihəsinə start verildi

Fevralın 1- dən etibarən məktəbdə Təhsil Nazirliyi tərəfindən keçirilən " İnformatika "fənninin tədrisi üzrə " Alqoritmika " pilot layihəsimin icrasına start verilmişdir.Bununla əlaqədər olaraq məktəbdə yaradılmış üç informatika otağı müasir avadanlıqlarla təchiz olunaraq şagirdlərin istifadəsinə verildi.Yeni layihə V siniflər üçün nəzərdə tutulmuşdur. Məktəbin 5- ci siniflərində təhsil alan 120 nəfər şagird artıq "Alqoritmika " layihəsində uğurla iştirak edir.