Uşaq əməyinin istismarı haqqında maarifləndirmə tədbiri

Bu gün 162 saylı məktəbdə Dövlət Əmlak Müfəttişliyi Xidməti əməkdaşlarının uşaq əməyinin istismarının qarşısının alınması ilə bağlı tədbir keçirildi. Tədbirdə iştirak edən VIII-XI sinif şagirdlərinə mövzu ilə bağlı ətraflı məlumat verildi.Bildirildi ki, Əmək Məcəlləsinin 249-cu maddəsində göstərildiyi kimi, 15 yaşından aşağı olan uşaqlarla əmək müqaviləsinin bağlanmasına yol verilmir. İstisna hallarda 14 yaşı tamam olmuş liseylərin şagirdləri istehsal müəssisələrində təlim keçmək üçün yüngül işlərə cəlb oluna bilərlər. İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinin 9-cu və 10-cu bəndinə əsasən 15 yaşdan aşağı uşağı işə cəlb edən hüquqi şəxslər 3000-5000 manatadək, 18 yaşı tamam olmamışları sağlamlığını və mənəviyyatını təhlükə altına qoyan işə cəlbedənlər isə 10000-13000 manat məbləğində cərimə oluna bilər”.
Qanunda uşaqlarını işləməyə məcbur edən və ya buna göz yuman valideynlər üçün də cəza tədbirləri nəzərdə tutulduğu söylənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi