"20 Yanvar - milli qürur günümüz" mövzusunda ümumməktəb tədbiri

Yanvarın 19-da 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş "20 Yanvar - milli qürur günümüz" mövzusunda ümumməktəb tədbiri keçirildi. Məktəbin direktoru Sevinc Abbasova tədbirdə çıxış edərək, Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş  tarixi hadisələrindən bəhs edərək bildirdi ki, keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Sonra məktəbin tarix müəllimi Gülbəniz Abbasova çıxış edərək, həmin gün  milli azadlıq, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdiyindən bəhs etdi.Daha sonra tarixi sənədli film nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi