"Meyvələr" mövzusunda biologiya dərsi

Bu gün "Fənn aylıqları" çərçivəsində davam edən "Kimya-biologiya fənninin tədrisinin yoxlanılması" məqsədi ilə növbəti dərs- biologiya müəllimi Ülkər Səfərovanın 6 "ç" sinfində "Meyvələr" mövzusunda dərsi dinlənildi. Dərsə maraqlı motivasiya ilə başlayan Ülkər müəllimə elə dərsin ilk dəqiqələrində uşaqların qəlbini ələ alaraq, dərsin uğurlu alınmasına zəmin yaratdı. Qruplarla işi düzgün qurmağa nail olan müəllimənin dərsinin "Tədqiqatın aparılması" mərhələsində sinifdə "işgüzar səs-küy" müşahidə olundu. İşçi vərəqlər maraqlı və rəngarəng hazırlanmışdı. Təqdimatın müzakirəsində yüksək əhval-ruhiyyə ilə iştirak edən şagirdlər qiymətləndirmədə öz qruplarına daha çox bal qazandırmaq üçün xeyli səy göstərərək, əlavə suallara cavab verməli oldular.