10 "a" sinfi "Mən oxudum, sən də oxu" layihəsində

Humanitar təmayüllü 10 "a" sinfi "Mən oxudum, sən də oxu" layihəsinə E.Voyniçin məşhur "Ovod" əsəri ilə qatıldı. Kitabxanada təşkil olunmuş "Dəyirmi masa" sinif rəhbəri dil-ədəbiyyat müəllimi Bilurə Tağıyevanın və məktəb rəhbərliyinin iştirakı ilə keçirildi. İnqilabi romantik janrda yazılmış və italyan inqilabi şəxsiyyətlərinin həyatından qaynaqlanaraq "Ovod" romanında Artur Berton obrazı və onun ətrafında cərəyan edən hadisələr humanitar profilli sinfin şagirdləri tərəfindən geniş təhlil olundu. Ölməz əsər haqqında ətraflı araşdırma aparmış şagirdlər maraqlı faktlar aşkarladıqlarını önə sürdülər. Məlum oldu ki, dünyanın ən uca zirvəsini kəşf etmiş Everest müəllifin dayısı olmuşdur. Maraqlı faktlardan biri də qədim yunan filosofu Sokratın ləqəbinin də Gadfly yəni, Ovod olmasıdır. Yeri gəlmişkən, "ovod" sözü dilimizə "mozalan" kimi tərcümə olunur.