6-cı sinif şagirdləri biologiya dərsində maraqlı təcrübə apardı

Məktəbin "Fəaliyyət planı"nın 1.1.1.8- ci bəndinə uyğun olaraq kimya- biologiya fənn aylığı davam edir. Fənn aylığı çərçivəsində bu dəfə məktəbin biologiya müəllimi Ülkər Səfərovanın 6 ç sinfində "Toxumun quruluşu" mövzusunda dərsi dinlənildi. Biologiya dərslərində, bir qayda olaraq, zəngin maddi- texniki bazaya və resurs potensialına malik olan biologoya kabinetinin əyani vəsaitləri istifadə üçün şagirdlərin istifadəsinə verilir. Sözügedən dərsdə də 6-cı sinif şagirdləri əyani vəsaitlərlə davranma bacarıqlarını nümayiş etdirərək, maraqlı təcrübə apardılar.