"Kimya - biologiya fənn aylığı"na start verildi

Yeni ilin ilk ayında kimya - biologiya fənnlərinin yoxlanılmasına start verildi. Məktəbin cari tədris ili üçün müəyyənləşdirilmiş "Fəaliyyət planı"na uyğun olaraq yanvar ayı ərzində kimya və biologiya fənnlərinin tədrisinin keyfiyyətinin öncədən təsdiqləndiyi kimi Azərbaycan və rus bölmələrində bütün siniflər üzrə ayrı-ayrılıqda yoxlanılması nəzərdə tutulur. Fənn aylığında, eyni zamanda maraqlı intellektual oyunların, yarışmaların və s. keçirilməsi nəzərdə tutulur. Fənn aylığının keçirilməsində əsas məqsəd hər iki fənnin tədrisinin vəziyyətinin araşdırılması ilə yanaşı, həm də şagirdlərin kimya və biologiya fənnlərinə marağının artırılmasını önə çəkməkdən ibarətdir.