"Riyaziyyat aylığı"na yekun

Bir aydan bəri davam edən "Riyaziyyat aylığı"na "Kiçik Akademiya"nın "Dəqiq elmlər bölməsi"nin üzvləri yekun vurdu. "Breyn-rinq" intellektual yarışmasının iştirakçısı olan akademiyaçılar öz riyazi biliklərini sınayaraq, müxtəlif riyazi və məntiqi sualları cavablandırmalı oldular. Yarış olduqca gərgin, eyni zamanda maraqlı keçdı. Münsiflər heyətinin üzvləri dəqiq və obyektiv qiymətləndirmə aparmağa çalışdılar.