3-cü siniflərdə valideynlərlə görüş keçirildi

Cari ilin son valideyn iclası bu gün baş tutdu. Beləki, bu gün məktəbin 3-cü sinif şagirdlərinin valideynləri ilə məktəb rəhbərliyinin öncədən planlaşdırılmış görüşü keçirildi. Görüş zamanı ana dili və riyaziyyat fənnləri üzrə keçirilmiş son monitorinqin nəticələri müzakirə olundu. Müzakirə və təhlillər nəticəsində şagirdlərdə imtahan həyəcanı sindromunun, vaxtın düzgün bölüşdürülməməsi və səmərəli istifadə olunmaması və s. kimi problemlərin olması aşkarlandı. Məktəb rəhbərliyi təhsilin keyfiyyətinin yüksəldilməsi üçün həyata keçirilmiş tədbirlərdən söz açaraq, valideynləri daha sıx əməkdaşlığa dəvət etdi. Valideynlər də öz növbəsində müəllimlərə minnətdarlıqlarını bildirərək, övladlarının nəticələrinin yüksəldilməsi üçün səy göstərəcəklərinə söz verdilər.