Məktəbdə ekodəhliz yaradıldı

Əsaslı təmirdən sonra məktəbdə yaradılmış ekosinif hamının böyük marağına səbəb olmuşdur. Bunu nəzərə alaraq, məktəb kollektivi ekosinfin yerləşdiyi dəhlizdə ekodəhlizin yaradılması layihəsinə start verdi. Bu layihənin həyata keçirilməsi MEP- Məktəbin Ekoloji Patrulları qrupuna tapşırılmışdır.Uşaqlar ekodəhlizdə dibçəklərdə əkilmiş müxtəlif növ güllərdən ibarət "bağça" yaratmışlar. Onlar "yaşıl guşəyə" böyük sevgi və məhəbbətlə qulluq edirlər. Məktəb rəhbərliyi guşənin məhz şagirdlər tərəfindən yaradılmasının və qulluq edilərək qorunub saxlanmasının olduqca böyük psixoloji,tərbiyəvi,öyrədici əhəmiyyəti olduğunu və eləcə də şagirdlərdə estetik zövq və təbiətə sevgi formalaşdırdığını düşünür.