Şagirdlərimiz "Sabahın alimləri" VII Respublika Müsabiqəsində

"Sabahın alimləri" VII Respublika müsabiqəsində iştirak edəcək dörd şagirdimiz qeydiyyatdan uğurla keçmişdir. Xatırladaq ki, keçən il adıçəkilən müsabiqədə iştirak etmiş X sinif şagirdi Sadıxova Zeynəb Zülfü qızı biologiya fənni üzrə III yeri qazanaraq, bürünc medala layiq görülmüşdür. Bu il isə daha dörd nəfər şagirdimiz 162 saylı məktəbi müsabiqədə təmsil edəcəkdir. 10-cu sinif şagirdləri Məmmədov Mehdi Rəşid oğlu və Məmmədzadə Minayə Musfiq qızı müsabiqəyə riyaziyyat fənni üzrə "Tərpənməz noqtələr, involyusiyalar və funksional tənliklər" mövzusu ilə qatılmışlar.Çalışqan şagirdlərimizin elmi rəhbəri məktəbin riyaziyyat müəllimi və təlim-tərbiyə işləri üzrə direktor müavini Bəhruz Səlimxanovdur. Digər iki iştirakçımız isə biologiya fənni üzrə müsabiqəyə qoşulan 9-cu sinif şagirdləri Məmmədova Nərgiz və Quliyev Elzamindir. Zəkalı şagirdlərimizə "Sabahın alimləri" VII Respublika Müsabiqəsində uğur qazanmağı arzulayırıq!