2 "ç" sinfi "Mən oxudum, sən də oxu!" layihəsində: "Tülkü həccə gedir"

Bu gün kitabxanaçı Nəzakət Muradovanın təşəbbüsü ilə "Mən oxudum, sən də oxu" layihəsi çərçivəsində 2 "ç" sinfinin şagirdləri Abdulla Şaiqin "Tülkü həccə gedir" nağılı əsasında səhnələşdirilmiş tamaşa nümayiş etdirdilər. Əgər yadınızdadırsa, burada hikmətli bir əhvalatdan - qocalıb əldən düşmüş tülkünün özünə yem tapması üçün fikirləşib necə yeni fənd işlətməsindən danışılır. Nağıl- tamaşadan sonra uşaqlar əsər haqqında öz fikirlərini ifadə edərək bildirdilər ki, düşmən çox məharətlə cildini dəyişir. O gücü hesabına deyil, hiylə və ikiüzlülük sayəsində öz alçaq məqsədinə nail ola bilər.
Balaca "aktyorlar" öz rollarının öhdəsindən bacarıqla gəlməklə yanaşı, eyni zamanda nağılın mahiyyətini də dərk etdiklərini sübut etdilər.