"Mən oxudum, sən də oxu!"

Bu gün kitabxanaçı Nəzakət Muradovanın təşəbbüsü ilə "Mən oxudum, sən də oxu!" layihəsinə start verildi. Layihənin həyata keçirilməsində məqsəd şagirdlərdə mütaliəyə maraq yaratmaq və tədricən bu marağı vərdişə çevirməkdir.Layihənin məqsədi və onun keçirilməsi haqqında şagirdlərə geniş məlumat verilərək bildirildi ki, hər sinif sevimli yazıçısının maraqlı əsəri ilə layihədə iştirak edə bilər. Layihə dərs ilinin sonunadək davam edəcək