Elmi-praktik konfrans keçirildi

21 dekabrda 6 saylı məktəb-liseydə Səbail rayonu İcra Hakimiyyətinin təşəbbüsü ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə Səbail rayon məktəbliləri arasında II elmi - praktik konfransda dinlənilmiş məruzələr toplusundan ibarət "Heydər Əliyev və Azərbaycan tarixi" adlı kitabın təqdimat mərasimi keçirildi."Elm və Təhsil" nəşriyyatının çapa hazırladığı kitabda toplanmış tarixsevər məktəblilərin sırasında məktəbimizin də iki şagirdinin məqaləsi çap olunmuşdur. "Azadlıq hərəkatı - 20 yanvar faciəsi" adlı məqalənin müəllifi 10-cu sinif şagirdi Müşviq Abbasov, elmi rəhbəri isə məktəbin tarıx müəllimi Gülbəniz Abbasovadır. 11-ci sinif şagirdi Elmira Səmədovanın məqaləsi isə "Azərbaycan və multikulturalizm" mövzusuna həsr olunmuşdu.