4-cü siniflərdə valideyn iclası

Planlaşdırıldığı kimi, 4-cü siniflərdə valideynlərlə görüş keçirildi. İclasda 4-cü siniflərdə təhsil alan 118 nəfər şagirdin 102 valideyni iştirakedirdi. Görüş zamanı bir neçə gün əvvəl Azərbaycan dili və riyaziyyat fənnindən keçirilmiş monitorinqin nəticələri üzərində aparılmış araşdırmalar təhlil olundu. İbtida siniflərdə təlim-tərbiyə işləri üzrə direktor müavini Bəhruz Səlimxanovun mövzu ilə bağlı məruzəsi dinlənildi. Monitorinqdə yüksək - 93%  nəticə göstərmiş 4 "b" sinfinin rəhbəri Səbinə Rəşidova öz təcrübəsini iclac iştirakçıları ilə bölüşdü. Müəllim-valideyn əlaqələrinin daha da möhkəmləndirilməsi mövzusu da diqqətdən kənarda qalmadı. Çıxış edən valideynlər məktəb rəhbərliyinin bu təşəbbüsünü bəyəndiklərini, ardıcıl keçirilən monitorinqlərin onların övladlarında dərsə olan məsuliyyəti daha da  artırdığını dilə gətirdilər. Sonda iclas iştirakçıları müəllim və valideyn əlaqələrinin düzgün qurulması sayəsində qarşıdan gələn BSQ-də hər şagirdin nəticəsini minimum 10% yüksəltməyi hədəf olaraq  seçdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi