Ulu öndərin anım gününə hazırlıq

Dekabrın 12-si xalqımızın ümummilli lideri, çoxəsrlik Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış ulu öndər Heydər Əliyevin anım günüdür. Məktəbimizin şagirdləri də həmin günü layiqincə qeyd etməyə hazırlaşır. Belə ki, 2 "ç" sinfinin rəhbəri Sona Əliyeva öz şagirdləri ilə birlikdə “Heydər Əliyev Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaqdır” adlı tədbirə hazırlaşır. Uşaqlar tədbirə daha yaxşı hazırlaşmaq üçün dərsdənkənar vaxtlarda məşqlər keçirirlər.