Məktəbəqədər hazırlıq qruplarının müəllimlərinə mentor dəstəyi

Təhsil İşçilərinin Peşəkar İnkişaf İnstitutu  (TİPİİ) və "Təhsildə İnnovativ Texnologiyalar" Əlavə Təhsil Mərkəzi arasında imzalanmış razılaşmaya əsasən məktəbdə məktəbəhazırlıq qruplarında məşğələ aparan müəllimlərə mentorluq xidməti  təşkil olundu. Bir həftə ərzində məktəbdə təlimçi Pərvinə Qədimovanın iştirakı ilə ardıcıl olaraq dərsdinləmələr təşkil olundu, fərdi söhbətlər aparıldı, qrup görüşləri keçirildi.Yekun müzakirələr zamanı planlaşdırma və onun mərhələləri, məntiqi oyunlar, qiymətləndirmə haqqında məlumat verildi, videodərslər nümayiş olundu. Keçirilən təlimin məktəbəqədr hazırlıq qruplarında dərs keçən müəllimlərə öz işlərini düzgün istiqamətdə qurmaqda böyük yardımının olduğu düşünülməkdədir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi