"Meyarəsaslı qiymətləndirməyə kompleks yanaşma" layihəsi

Bildiyimiz kimi, cari tədris ili Təhsil Nazirliyi tərəfindən "Təhsildə keyfiyyət ili" elan edilmişdir və bu istiqamətdə müxtəlif layihələrin həyata keçirilməsi davam edir. Belə ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi"nin qaliblərindən biri olan 163 saylı məktəbin təklif etdiyi "Ümumi orta təhsil səviyyəsində meyarəsaslı qiymətləndirməyə fənlər üzrə kompleks yanaşma" layihəsinə( V - IX siniflər ) demək olar ki, bütün fənn müəllimləri qoşulmuşdur. Olduqca maraqlı disskusiya şəraitində keçən təlimlərdə təlimçi 163 saylı məktəbin direktoru Sevil Cavadova fənn müəllimlərinin qiymətləndirmə meyarları və səviyyələri ilə bağlı suallarını cavablandırdı.