"Sağlam davranış" layihəsinə start verildi

Bu gün məktəbimizdə "Pətək" Yeni Nəslin Mənəvi Tərbiyəsi İctimai Birliyinin əməkdaşları tərəfindən "Sağlam davranış " layihəsinə start verildi. Layihənin məqsədi məktəblilərin sağlam gələcək nəslin sağlam nümayəndəsi olmaqla bərabər, düzgün inkişaf etmiş, sağlam davranışa malik bir şəxsiyyət kimi yetişməsində cəmiyyətə dəstək olmaqdır. Uşaqların vaxtlarının səmərəli axtarışlara yönəldilməsi, sağlam bədən, sağlam ruhvə nəhayət hərtərəfli daha sağlam nəslin yetişməsinə nail olmaq Birliyin qarşıya qoyduğu əsas vəzifələrdən biridir.