Asudə vaxtın səmərəli təşkili

 Asudə vaxtın düzgün təşkil olunması sinif rəhbərlərinin qarşısında duran əsas məsələlərdən biridir. Hər bir müəllim şagirdlərə asudə vaxtını daha düzgün şəkildə dəyərləndirməkdə yardımçı olmağa çalışır.Bunun üçün daha bir imkan yaradılmışdır. Belə ki, məktəbin yerləşdiyi əraziyə yaxın ünvanda yeni istifadəyə verilmiş idman və istirahət parkında yaradılan şərait uşaqların asudə vaxtlarını səmərəli, eyni zamanda əyləncəli keçirmələrinə yardımçı olur. 20-ci yaşayış sahəsindəki Su İdmanı Sarayı ilə üzbəüz ərazidə salınmış yeni idman və istirahət parkının layihəsi İngiltərədə dünya şöhrətli memar və dizaynerlər tərəfindən hazırlanmış və Azərbaycanda ilk dəfə olaraq həyata keçirilmişdir. Xüsusi layihə çərçivəsində görülən işlər yüksək keyfiyyətlə və zövqlə yerinə yetirildiyindən şagirdlərin böyük marağına səbəb olur. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi