9-cu siniflərdə monitorinq keçirildi

Bildiyimiz kimi, 9-cu siniflərdə təhsil alan şagirdləri qarşıda mühüm imtahan gözləyir. Bu məqsədlə dərs ilinin əvvəlində yerinə yetirilməsi həyata keçirilən minimum proqramların nə dərəcədə qənaətbəxş olması mütəmadi olaraq monitorinqlər vasitəsi ilə yoxlanılır. Eyni məqsədlə məktəb rəhbərliyinin nəzarəti ilə Azərbaycan dili və riyaziyyat fənnindən növbəti monitorinq keçirildi. Monitorinq normal şəraitdə keçdi. Aparılan monitorinqin məqsədi şagirdlərin real təlim nailiyyətlərinin izlənilməsi və onlarda məsuliyyət hissinin artırılması olmuşdur. Şagirdlərə təqdim olunan sual kitabçaları Azərbaycan dili və Riyaziyyat fənni üzrə ayrı-ayrılıqda 30+30 qapalı tipli suallardan ibarət idi. Belə monitorinqlərin mütəmadi təşkili şagirdlərin buraxılış imtahanlarına həm nəzəri- bilik, həm də psixoloji hazırlığı cəhətdən faydalıdır.