Tarix muzeyinə ekskursiya

Məktəbin rus bölməsinin 9 "r" sinfinin şagirdləri sinif rəhbəri və tarix müəllimi Leyla Bağırovanın təşəbbüsü ilə "Tarıx muzeyi"də ekskursiyada oldular. Ekskursiyanın məqsədi buradakı Daş dövrünə aid eksponatlarla şagirdləri tanış edib, Azərbaycanın qədim insan məskənləri xəritəsinə daxil olduğunu onlara göstərmək idi. Muzeydə nümayiş olunan eksponatlar və müzeyin əməkdaşının onların tarixi haqqında verdiyi izah uşaqların böyük marağına səbəb oldu.