Şövkət Məmmədovanın 120 illik yubileyi qeyd olundu

2017-ci ildə Azərbaycanın ilk qadın opera müğənnisi, SSRİ xalq artisti, professor Şövkət Həsən qızı Məmmədovanın anadan olmasının 120 illiyi tamam olur. Bu münasibətlə məktəbin humanitar təmayüllü 10 "a" sinfində tədbir keçirildi. Tədbirdə iştirak edən şagirdlərə Ş.Məmmədovanın dünya vokal məktəbinin yüksək nailiyyətlərini milli musiqi ənənələri ilə ahəngdar şəkildə əlaqələndirərək Azərbaycan opera sənəti tarixinə parlaq səhifələr yazması haqqında ətraflı məlumat verildi. Eləcə də qeyd olundu ki, Şövkət xanım eyni zamanda,  tanınmış ictimai xadim və görkəmli pedaqoq kimi ölkəmizdə musiqi mədəniyyətinin tərəqqisi naminə uzun illər ərzində geniş, səmərəli və təqdirəlayiq fəaliyyəti ilə vətənə, xalqa xidmətin bariz nümunəsi olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi