Uşaq hüquqları aylığına həsr olunmuş şahmat turniri

Noyabr ayında məktəbdə " Uşaq hüquqları aylığı"na həsr olunmuş bir sıra silsilə tədbirlər həyata keçirildi. Belə tədbirlərdən biri də fiziki tərbiyə kafedrasının müxtəlif yaş dərəcələri arasında təşkil etdiyi şahmat turniri oldu. Qalibiyyət uğrunda əzmlə yarışan şagirdlərin ən istedadlıları sonda qalib gələrək, müxtəlif mükafatlarla təltif olundular.