"Bacarıqlı əllər" dərnəyi

Məktəbin təsviri incəsənət müəllimi Zemfira Murtuzovanın rəhbərlik etdiyi "Bacarıqlı əllər" dərnəyi öz ətrafında bacarıqlı və qabiliyyətli şagirdləri toplamışdır. Onların əl işləri biri-birindən maraqlı və baxımlıdır. Məktəblilərin böyük sevgi ilə yaratdıqları əl işləri hamının rəğbətinə səbəb olur. Bütün bunları nəzərə alan məktəb rəhbərliyi dərnək üzvlərinin fəaliyyətini işıqlandırmaq məqsədi ilə onların əl işlərindən ibarət sərgi açmışdır.