Məktəbimizin şagirdləri "Ölkəmizi tanıyaq" tur-aksiyasında

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə reallaşan, gənclərin və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayan "Ölkəmizi tanıyaq" devizi ilə onların respublikanın müxtəlif bölgələri ilə tanışlığı üçün təşkil olunmuş maarifləndirici tur-aksiyası çərçivəsində Səbail rayonundan olan təhsildə, idmanda və oxuduqları tədris müəssisəsinin ictimai həyatında fərqlənən 40 nəfər məktəblidən ibarət qrup Gəncə-Şəmkir-Göygöl marşrutu ilə yola düşmüşlər. Onların sırasında məktəbin 10-cu sinif şagirdləri Rasim Abduraxmanov, Səbinə Hacıyeva və Müşviq Abbasov da iştirak etmişlər. Hər üç şagirdimiz Gəncə şəhərində müxtəlif məktəblərin şagirdləri arasında keçirilən "Breyn-rinq"də 2-ci yeri qazanaraq, mükafata layiq görülmüşlər.