"Bayraq kimliyimdir, bayraq mənliyim..."

Noyabrın 6-da Azərbaycan Respublikasının Dövlət bayrağı günü ümumməktəb səviyyəsində qeyd olundu. Şagirdlərin ifasında "Bayraq kimliyimdir, bayraq mənliyim..." adlı ədəbi-bədii kompozisiyada bayraq və vətən haqqında şeirlər, mahnılar ifa olundu. Məktəbin direktoru Sevinc Abbasova tədbirdə çıxış edərək, Azərbaycan dövlətinin suverenliyinin rəmzi olan bayraq haqqında ətraflı məlumat verdi. O qeyd etdi ki, bu gün Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs Dövlət Bayrağımız- milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmiş və qaldırılmışdır. Müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, islamçılıq və müasirlik” ideyasının müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Azərbaycanda hər il 9 noyabr - Dövlət Bayrağı Günü kimi qeyd olunur. Tədbirin sonunda məktəbin rəqs qrupu "Cəngi" rəqsini ifa etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi