Gənc müəllim - peşəkar müəllim vəhdəti

Məktəbin "Fəaliyyət Planı"nın 1.2.4-cü bəndinə uyğun olararaq, "Həmkara dəstək" layihəsi çərçivəsində gənc müəllim - peşəkar müəllim vəhdətinin yaradılması istiqamətində aparılan işlər davam edir. Gənc müəllimlərin pedaqoji bacarıqlarının inkişaf etdirilməsi , özünə inamın artırılması, onların yaradıcı işə meylinin gücləndirilməsi məqsədi ilə metodbirləşmə sədrləri, qabaqcıl müəllimlər, psixoloq və rəhbərliyin iştirakı ilə MİQ imtahanlarından uğur qazanaraq bu il məktəbə işə düzəlmiş gənc müəllimlərin dərsləri mütəmadi olaraq dinlənilir. Noyabrın 1-də informatika fənn müəllimi Bənövşə Vəliyevanın 4D sinfində "Elektron poçt və internet" mövzusunda dərsi dinlənildi. Dərs həmkarlar tərəfindən müzakirə olunaraq, təhlil edildi, gənc müəllimə metodiki tövsiyyələr verildi.