"Uşaq hüquqları aylığı" na həsr olunmuş rəsm sərgisi

20 oktyabr - 20 noyabr tarıxləri arasında keçirilən "Uşaq hüquqları aylığı" çərçivəsində məktəbdə şagirdlərin əl işlərindən ibarət rəsm sərgisi təşkil olundu. Qabiliyyəti və bacarığı ilə seçilən hər bir şagird mövzu ilə bağlı hiss etdiklərini və söyləmək istədiklərini fırça və rəngli qələmlərin köməyi ilə kağız üzərinə köçürdülər. Biri-birindən maraqlı fantaziyalar sərgiləyən balaca rəssamların əl işləri tamaşaçıların böyük marağına səbəb oldu. Sərginin "Uşaq hüquqları aylığı" nın sonunadək davam etməsi nəzərdə tutulmuşdur. Sərgi başa çatdıqdan sonra isə münsiflər heyəti tərəfindən bəyənilən nümunəvi işlərin məktəbin "Rəsm qalareyası"nda yer alacağı planlaşdırılır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi