Təmayül siniflərdə məktəbdaxili monitorinq keçirildi

Bildiyimiz kimi, 2019-cu ildən 11 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında, eləcə də ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında yeni təhsil standartları əsasında tərtib olunmuş qiymətləndirmə vasitələrindən istifadə olunacaq. İmtahanlarda tətbiq olunacaq yeni modeli nəzərə alaraq, 2 il sonra buraxılış və qəbul imtahanlarında iştirak edəcək şagirdlərə və abituriyentlərə kömək məqsədilə oktyabrın 28-də məktəbin Azərbaycan və rus bölmələrində texniki və humanitar təmayüllü 10-cu siniflərdə beş fənn üzrə məktəbdaxili monitorinq keçirildi. Bu məqsədlə yaradılmış monitorinq komissiyasının üzvləri monitorinq suallarının məhz yeni təhsil proqramları (kurikulum) əsasında tərtib olunmasına xüsusi diqqət yetirmişlər. İmtahan nəticələri təhlil edilərək, müzakirə olunmuş və əldə olunan nəticələr dərs ilinin əvvəlində keçirilmiş diaqnostik qiymətləndirmənin nəticələri ilə müqayisə olunmuşdur.