Valideyn icmasının nümayəndələri dərsdinləmədə

Məktəbin "Fəaliyyət planı"nın 1.1.1.18-ci bəndinə uyğun olaraq, valideyn icmasının nümayəndələrinin iştirakı ilə 5C sinfində riyaziyyat müəllimi Gülzadə Əliyevanın dərsi dinlənildi. Məqsəd müəllimin pedoqoji səriştəlilik və peşəkarlıq səviyyəsinin nümayiş olunması, valideynlərin məktəb həyatına, onların öz övladlarının məktəbdəki tədris prosesinə cəlb olunmasına nail olmaqdan ibarət idi. Gülzadə Əliyevanın apardığı riyaziyyat dərsi zamanı valideynlər öz övladlarının bu fənn üzrə bilik və bacarıqlara yiyələnmə səviyyəsi ilə yaxından əyani olaraq tanış olmaq imkanı əldə etdilər. Nəticədən razı qalan valideynlər bu tip dərsdinləmələrin müxtəlif fənnlər üzrə gələcəkdə də keçirilməsini arzuladıqlarını dilə gətirdilər.