"Uşaqlara qarşı zorakılıq anlayışı və onlarla mübarizə"

Oktyabrın 27-də məktəbin psixoloqu Sənubər Cabbarova "Uşaq hüquqları aylığı" çərçivəsində yuxarı sinif şagirdləri arasında "Uşaqlara qarşı zorakılıq anlayışı və onunla mübarizə" mövzusunda yazılı sorğu apardı. Şagirdlər biri-birindən maraqlı yazılarla mövzu haqqında bildiklərini bölüşdülər. Sorğunun aparılmasında məqsəd bu haqda şagirdləri məlumatlandırmaq, səthi anlayışları dərinləşdirmək və həyatda zorakılıq halları ilə üz-üzə gəldikdə necə hərəkət etmək lazım gəlldiyini öyrətməkdən ibarət idi. "Uşaq hüquqları aylığı" çərçivəsində keçirilən tədbirlər davam edir.