"Hərəkətin sürətinin təkmilləşdirilməsi"

Məktəbin "Fəaliyyət planı"nın 1.1.1.18-ci bəndinə uyğun olaraq, oktyabrın 29-da 9A sinfində fiziki tərbiyə fənnindən şagirdlərdə bu fənn üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə səviyyəsinin öyrənilməsi, eləcə də, tədris prosesində müasir təlim, metod və texnologiyaların tətbiqi vəziyyətinin müəyyənləşdirilməsi məqsədi ilə "Hərəkətin sürətinin təkmilləşdirilməsi" mövzusunda açıq dərs keçirildi. Sira təlimi və bir neçə isinmə hərəkətlərindən sonra fənn müəllimləri Aida Əzizova və Xəyyam Əsədov şagirdlərə mövzu haqqında ətraflı məlumat verdilər. Daha sonra sinif iki yarımqrupa bölünərək estafet yarışına başladı. Dərsin I növbənin ilk saatına təsadüf etməsinə baxmayaraq, şagirdlər böyük həyəcanla yarışmada iştirak etdilər. Dərs əvvəldən axıradək böyük coşqu və sevinc nidalaraı altında davam etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi