"Görəsən haradan başlanır Vətən?!"

Vətən hardan başlanır? Sərhəddənmi? Yoxsa bizim evimizdən, küçəmizdən, məhəlləmizdən, kəndimizdən, şəhərimizdən başlanır Vətən?!. Bu suala cavab vermək çox çətindir! Bəlkə də Vətən insanın doğulduğu məkandan, təhsil aldığı məktəbdən, sinif otağından başlayır. Vətəni sevmək də məktəbi, onun sinif otaqlarını, hər əşyasını sevməkdən başlayır. Bu gün məktəbdə GÇH dərslərində təbliğ olunan ideyalar bunlardır: Vətən mənə hansi vəzifələri veribsə, yerinə yetirməliyəm,yaxşı oxuyub ,sağlam böyüməliyəm, Vətəni hər şeydən və hər kəsdən əziz tutmalıyam.Vətənə layiqli övlad, vətəndaş olmalıyam, Vətəni göz bəbəyim kimi qorumalıyam! Şəkildə 10c sinif şagirdləri GÇH fənninin müəllimi, məktəbin hərbi rəhbəri mayor Sarvan Şirinovun tapşırığını yerinə yetirərkən.