"Ayın bilicisi"

Bildiyimiz kimi, 2017-2018-ci dərs ili Təhsil Nazirliyi tərəfindən "Təhsildə keyfiyyət ili" elan olunmuşdur. Bu məqsədlə məktəbdə həyata keçirilməsi üçün müvafiq tədbirlər planı işlənib hazırlanmışdır. Məktəbin Azərbaycan dili müəllimi Sevinc Əliyevanın təşəbbüsü ilə 5 R sinfində "Ayın bilicisi " müsabiqəsi keçirilmişdir. Müsabiqədə qalib gəlmək üçün şagirdlər yaxşı oxumaqla yanaşı, eyni zamanda nümunəvi davranış da nümayiş etdirməlidirlər. Oktyabr ayının bitməsinə bir neçə gün qalmasına baxmayaraq artıq ilk qalib elan olunmuşdur. Öz nümunəvi davranışı və ay ərzində bütün fənnlərdən göstərdiyi yüksək nəticəyə görə Qasımov Samir qalib elan olunmuşdur. Qalib gələn şagird sinif rəhbəri tərəfindən sertifikatla dəyərləndirildi. İnanırıq ki, bu addım şagirdlərin daha da yaxşı çalışmasına stimul verəcək, nəticədə sinfin, ümumilikdə isə bütün məktəbdə təhsilin keyfiyyətinin yüksəlməsinə şərait yaradacaqdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi