"Uşaq hüquqları aylığı"

Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının qorunması vəziyyətinin daha da yaxşılaşdırılması məqsədi ilə 2017-ci ilin 20 oktyabr - 20 noyabr tarixlərində ölkəmizdə "Uşaq hüquqları aylığı"nın keçirilməsi elan edilmişdir. Bununla əlaqədar olaraq, 162 saylı məktəbdə "Uşaq hüquqları aylığı" çərçivəsində bir sıra tədbirlərin keçirilməsinə start verilmişdir. Belə tədbirlərin keçirilməsində məqsəd şagirdlər arasında hüquqi maarifləndirmə işlərinin aparılması və onların daha effektiv müdafiəsinin təmin olunması istiqamətində irəliləyişə nail olmaqdır. "Uşaq hüquqları aylığı" çərçivəsində ilk tədbir rus bölməsində 5R sinfində keçirilmişdir. Sinif rəhbəri Sevinc Əliyevanın rəhbərliyi iulə mövzu haqqında videorolik hazırlayan məktəblilər baş rolları da özləri ifa etmişlər. "Uşaq hüquqları aylığı" çərçivəsində silsilə tədbirlər davam edir.