Qərbi Kaspi Universitetinin əməkdaşları ilə görüş keçirildi

Oktyabrın 23-də Qərbi Kaspi Universitetinin əməkdaşları ilə məktəbin yuxarı sinif şagirdlərinin görüşü keçirilmişdir. Tədbirin məqsədi ixtisas seçimi zamanı məktəblilərə düzgün istiqamət verilməsi, onların imtahan öncəsi psixoloji gərginliyinin minimuma endirilməsi haqqında məlumatlandırılması olmuşdur. Abituriyentlərin gəlkəcəkdə ali məktəblərdə təhsil aldıqları zaman qarşılaşacaqları problemlərin həlli yollarının və metodlarının onlara təlqin edilməsi məqsədi ilə belə tədbirlərin keçirilməsinin əhəmiyyəti böyükdür. Universitet əməkdaşları ilə şagirdlər arasında aşıq dialoq şəraitində keçən görüşdə verilən suallar ətraflı şərh olunmuşdur.