İbtidai siniflər davranış qaydalarını öyrənir

Gənc nəslin tərbiyəsinin düzgün qurulmasında ümumtəhsil məktəblərində davranış qaydalarının uşaqlara çox kiçik yaşlarda öyrədilməsinin böyük əhəmiyyəti vardır. Ailədə davranış, məktəbdə davranış, ictimai yerlərdə davranış qaydaları, əxlaq qaydaları, qohumlarla davranış qaydaları, qonşularla davranış qaydaları, ehtiyacı olanlara qayğı, nəqliyyatda davranış qaydaları, yolda davranış qaydaları, süfrə mədəniyyəti, danışıq mədəniyyəti, nəzakət qaydaları vəs. maarifləndirmə işinin təşkilində müəllimlərin və məktəbin üzərinə olduqca böyük məsuliyyət düşür. Şagirdlərin hərtərəfli, düzgün inkişaf etmiş milli-mənəvi dəyərlərə malik nümunəvi şəxsiyyət kimi tərbiyə olunması, eləcə də şagirdlərin vaxtının səmərəli işlərə yönəldilməsində davranış qaydalarına düzgün yiyələnmənin əhəmiyyəti böyükdür. Məktəbin ibtidai sinif müəllimləri bu amili hər zaman diqqət mərkəzinə saxlamağa çalışırlar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi