Məktəbdaxili fənn müsabiqələrinin təşkili

Bu gün məktəbin "Fəaliyyət planı"nın 1.1.1.20-ci bəndinə uyğun olaraq, müxtəlif fənnlər üzrə istedadlı və xüsusi qabiliyyətli şagirdlərin üzə çıxarılması məqsədi ilə məktəbdaxili fənn müsabiqələrinin keçirilməsinə başlanılmışdır. Oktyabr ayı "Tarix fənninin yoxlanılması aylığı" olduğundan adıçəkilən fənn üzrə müxtəlif siniflərdə yoxlama tapşırıqları, müstəqil və yaradıcı işlərin tərtib olunması təşkil olunmuşdur. Eyni zamanda tarix metodbirləşməsi tərəfindən məktəbdə qarşıdan gələn 9 noyabr - Bayraq günü münasibəti ilə ənənəvi referat yazı müsabiqəsinin keçirilməsi elan olundu. Müsabiqədə ilk dəfə iştirak edəcək şagirdlərə referat yazının yazılma qaydaları haqqında ətraflı məlumat verildi.