"Qara kəmər"in sahibi Vüsalə Hacızadə

Məktəbin X "c" sinfində təhsil alan Vüsalə Hacızadə 2015-ci ildən bəri dzyu-do idman növü ilə məşğul olur. Qizlar arasında o qədər də geniç yayılmayan bu idman növündə uğurlara imza atan Vüsalə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin keçirdiyi birincilikdə 23 yaşlılar arasında 52 kq çəki dərəcəsində III yerin qalibi olaraq, "qara kəmər"in sahibi olmuşdur. Bu ilin yayında Gürcüstan Respublikasında keçirilən Beynəlxalq yarışmada qaliblər kürsüsünün II pilləsində yer alan əzmkar şagirdimiz yeni-yeni uğurlar qazanmaqda davam edir. Qarşıdakı yarışlara həvəslə hazırlaşan Vüsalə orta məktəbdə də dərslərinə diqqətsiz yanaşmır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi