"Kiçik Akademiya" cari tədris ilində ilk iclasını keçirdi

Fəaliyyət planının 1.1.1.14-cü bəndinə uyğun olaraq məktəbdə fəaliyyət göstərən "Kiçik Akademiya"nın prezidenti məktəbin ingilis dili müəllimi Jalə Xanlarzadənin təşəbbüsü ilə cari tədris ilinin ilk iclası keçirildi. J.Xanlarzadə KA üzvlərini yeni dərs ilinin başlanması münasibəti ilə təbrik edərək, onlara uğurlar dilədi. Daha sonra KA-nın vitse-prezidenti Mahirə Əsədzadənin məzun olduğu diqqətə çatdırıldı və yeni vitse-prezidentin seçilməsi səsə qoyuldu. KA üzvləri yekdilliklə XI sinif şagirdi, keçən il "Sabahın Alimləri" VI Respublika Olimpiadasının qalıbi olmuş Zeynəb Sadıxovanın vitse-prezident kürsüsündə əyləşməsinə səs verdilər. Daha sonra cari tədris ilində görüləcək işlər: məktəbin "İstedadlar bankı"nın yaradılması, olimpiadaların proqramlarının müzakirəsi və bir çox başqa məsələlər müzakirə olundu. Sonda KA üzvləri AMEA-nın prezidenti akademik Akif Əlizadəyə ünvanlanmış məktubun mətnini tərtib etdilər. Məktubun mətni ilə sizi də taniş edirik:"Hörmətli Akif müəllim! Artıq bir ildən artıqdır ki, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşlarının dəstəyi ilə Səbail rayonunda yerləşən və şəhid Etibar Əliyevin adını daşıyan 162 saylı orta məktəbdə “Kiçik Akademiya” təsis olunmuş və olduqca ciddi uğurlara imza atmağa başlamışdır. Belə ki, məktəbin KA üzvü olan 10-cu sinif şagirdi Zeynəb Sadıxova “Sabahın alimləri” VI Respublika Olimpiadasında biologiya fənni üzrə 3-cü yeri tutmuş, digər şagirdimiz Mahirə Əsədzadə isə DİM-nin qəbul imtahanlarında 700 bal toplayaraq, uğur qazanmışdır. Ötən faəliyyətimiz dövründə, gələcəkdə şagirlərimizin peşəkar səviyyədə elmlə məşğul olması və elmə adaptasiyası yönündə müəyyən işlər görmüşük. Bu prosesin daha da gücləndirilməsi, gələcəyin alimlərinin ümumrespublika və beynəlxalq səviyyəli elmi-intellektual müsabiqələrdə uğur qazanması üçün onlara ixtisaslı alimlərin rəhbərlik etməsini və istiqamət verilməsini şərtləndirir. Rəhbərlik etdiyiniz Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində olan müvafiq elmi-tədqiqat müəssisələrində aparılan fundamental və tətbiqi xarakterli araşdırmaların bəzi nəticələrilə dövri-elmi dərgilərdə və digər mənbələrdə tanış ola bilirik. Həmin tədqiqatların istiqamətləri və müsairliyi “Kiçik Akademiya”mızın gələcək alimlərinin diqqətini də cəlb edir. Buna görə də, indiyə qədər görülən işləri davam etdirərək, “Sabahın alimləri” VI Respublika müsabiqəsində şagirdlərimizin riyaziyyat, fizika və biologiya fənləri üzrə uğurlu iştirakını təmin etmək məqsədilə, onların AMEA-nın müvafiq müəssisələrində çalışan alimlərlə işləməsi (elmi layihələrin seçilməsi və onların yerinə yetirilməsi prosesinə rəhbərlik edilməsi) üçün lazımi şəraiti yaratmağınızı Sizdən xahiş edirik."
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi