"Son zəng - 2017"

İyunun 14-də məktəbdə 94 nəfər məzun üçün "Son zəng" çalındı.Tədbirdə ötən illərin məzunları, valideynlər, Səbail rayon İH-nin nümayəndələri və s. qonaqlar iştirak etdilər. Məktəbin müəllimləri məzunlara tədbiröncəsi "Son dərs" keçdilər. Daha sonra məktəbin həyətində davam edən tədbirdə məktəb direktoru Sevinc Abbasova məzunları təbrik edərək, onlara uğur arzuladı. Tədbirdə cari tədris ilində səmərəli pedoqoji fəaliyyətinə görə məktəbin bir neçə müəllimi, eyni zamanda məktəbdaxili monitorinqlərin nəticələrinə görə yüksək nəticə göstərmiş şagirdlər Fəxri Fərmanla təltif olundular.Sonda tədbir iştirakçıları məzunların hazırladıqları musiqili-bədii kompozisiyanı seyr etdilər.