Məktəbin müəllimi TİPİİ-də beynəlxalq seminarda

Dərs ilinin başa çatmasına baxmayaraq,162 saylı məktəbin müəllimləri pedoqoji biliklərini artırmaqda, tədrisə tətbiq oluynan yeni innovasiyaları öyrənərək özlərini təkmilləşdirməkdədirlər. İyunun 15-də TİPİİ-də (Təhsil İşçilərinin Pedoqoji İnkişaf İnstitutu) Human Rights Education and Democratic Citizenship in Eastern Partnership countreis- Avropa birliyi və Avropa Şurasının birgə layihəsi olan "Şərq tərəfdaşlığı ölkələrində demokratik vətəndaşlıq və insan hüquqları təhsilin dəstəklənməsi "layihəsi çərçivəsində "ibtidai siniflərdə demokratik vətəndaşlıq və insan hüquqlarının tədrisi "mövzusunda beynəlxalq seminar keçirildi. Seminarda məktəbimizi ibtidai sinif müəllimi Sona Əliyeva təmsil edir. Sona müəllimə seminarın işindən olduqca razıdır və yaxın günlərdə seminarda qazandığı beynəlxalq təcrübəni məktəbin digər müəllimləri ilə bölüşmək məqsədi ilə məktəbdaxili seminar təşkil etmək niyyətindədir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi