TİPİİ-nin Ətraf Mühitin Mühafizəsi günü ilə bağlı layihəsində 1 "Ç" sinfinin texnologiya dərsi

TİPİİ-nin 5 iyun - Beynəlxalq Ətraf Mühitin Müdafiəsi gününə həsr olunmuş layihəyə qoşulan məktəbimizin ibtidai sinif müəllimi Sona Əliyeva 1 "Ç" sinfi ilə birlikdə bu həftə bütün dərsləri açıq havada - təbiətin qoynunda keçdi. Qız qalasının yaxınlığındakı yaşıllıqda keçirilən texnologiya dərsi zamanı uşaqlar Sona müəllimənin köməyi ilə qədim abidənin maketini hazırladılar. Uşaqlar, daha sonra təbiətdən ilham alaraq, rəngli kağızlardan hazırladıqları çiçəkləri Sona müəlliməyə bağışladılar. Uşaqlar qeyri-ənənəvi üsulla keçirilən maraqlı texnologiya dərsinə görə öz müəllimlərinə təşəkkürlərini belə ifadə etdilər.