5 iyun - Ümumdünya Ətraf Mühit günü qeyd olundu

Məktəbin 1 "Ç" sinfi 5 iyun - Ümumdünya Ətraf Mühit gününü fərqli şəkildə qeyd etdi. Belə ki, öz fərqli ideyaları və qeyri-adi dəst-xətti ilə seçilən təkrarolunmaz Sona müəllimə sevimli şagirdlərinə təbiət qoynunda uzun müddət yaddaşlardan silinməyəcək dərs keçdi.Gözəl hava şəraiti və təbiətin yaratdığı gözəl harmoniya dərsin uğurlu keçməsinə şərait yaradan əsas səbəblərdən biri oldu.