"Kiçik Akademiya"da gənc tədqiqatçıların elmi-praktik konfransı

Mayın 31-də məktəbdə bir il öncə təsis edilmiş "Kiçik Akademiya"da gənc tədqiqatçıların elmi-praktik konfransı keçirildi. Konfransda AMEA-nın "Gənc Alim və Mütəxəssislər Şurası"nın əməkdaşları, Bakı məktəblərinin direktorları və "Kiçik Akademiya"nın üzvləri, BŞTİ-nin əməkdaşı, Səbail rayonu İcra Hakimiyyətinin 1-ci müavini Xalidə xanım Bayramova iştirak erdilər. Konfransda gənc tədqiqatçıların müxtəlif bölmələr üzrə nümunəvi elmi işlərindən ibarət təqdimatlar dinlənildi.